YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Zəfər Günü tədbiri keçirilib.
03.11.2021Azərbaycan birinci Vətən Müharibəsinin veteranlarının iştirakı ilə tədbir keçirilib.
Tədbir Zəfər Günü ilə əlaqədar və YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə baş tutub.
Tədbirdə YAP Səbail rayon təşklatının sədri Muxtar Nağıyev, Səbail rayon Səfərbərlik idarəsinin zabiti Aşurov Elturan, Azərbaycan Vətən Müharibəsi iştirakçılarının sədri İlham Əliyev iştirak edib.
İ. Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, 44 günlük müharibədən söz açaraq Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti və qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışıb. Nitqini bitirən sədr sonda sözü Muxtar Nağıyevə verib.
M.Nağıyev Ulu Öndər Heydər Əliyevin yürütdüyü uğurlu siyasətdən və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət qayğıdan danışıb. O qeyd edib ki, birinci və ikinci Qarabağ müharibəsinin veteranları və şəhid ailələri hər zaman İlham Əliyevin diqqət mərkəzində olub.
Səbail rayon Səfərbərlik idarəsinin zabiti Aşurov Elturan əlavə edib ki, Ümummilli lider Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində milli hərbi kadr hazırlığı məsələsini prioritetə çevirib. Azərbaycanlı gənclərin zabit peşəsinə yiyələnmələri üçün o zamankı ittifaq çərçivəsində əsaslı işlər görüb.
Tədbirin sonunda Vətən Müharibəsi iştirakçılarının sualları cavablandırılıb.