YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Qənbərov Bilal Xanlar oğlunun ildönümündə iştirak edib.
04.11.2021YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Qənbərov Bilal Xanlar oğlunun ildönümündə iştirak edib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun məzarını və ailə üzvlərini ziyarət etdi.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qənbərov Bilal Xanlar oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Müharibənin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur
Şəhid Bilal Qənbərovun ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.