YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Əliyev Fərid Pirəli oğlunun ildönümündə iştirak edib.
16.11.2021YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Əliyev Fərid Pirəli oğlunun ildönümündə iştirak edib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Əliyev Fərid Pirəli oğlunun məzarını və ailə üzvlərini ziyarət etdi.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Fərid Əliyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin,Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.