“Abbasqulu Abbaszadə küçəsi 37” ünvanında ərazi partiya təşklatının ilk təsis iclası keçirilib.
23.02.2022Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirak edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Partiya üzvlərinin iştirakı ilə keçirilən iclasda 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanan tarixi “Moskva Bəyannaməsi” barədə məlumat verərək bu bəyannamənin ölkəmiz və region üçün əhəmiyyətindən bəhs edib. Muxtar Nağıyev daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş şəkildə məlumat verib,hər kəsə uğurlar arzu edərək “Abbasqulu Abbaszadə küçəsi 37” ünvanında yaradılan ərazi partiya təşklatının prosedur qaydalarını izah edib.
Sonra üzvlər arasında səsvermə keçirilərək Mehman Süleymanov sədr seçildi. Ərazi partiya təşkilartının yeni sədri ona göstərilən etimada görə təşəkkürünü bildirdi və vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır. Göstərilən yüksək etimada görə təşəkkürünü ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacağını vurğuladı. Bildirdi ki, bizim artıq güclü dövlətimiz var – müstəqil Azərbaycan dövləti. Biz bu dövlətin vətəndaşlarıyıq.
İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılı.