Xalqın və dövlətin inkişafına yönəlmiş siyasət.
08.04.2022Bu gün böyük fəxrlə , qürurla deyə bilərik ki , biz xoşbəxt ölkənin sakinləriyik. Artıq Azərbaycan beynəlxal müstəvidə həm iqtisadi , həm də siyasi baxımdan nüfuz sahibidir. Əldə etdiyimiz nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün siyasətin – xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətin nəticəsidir. Ölkəmiz son illər ərzində Prezident cənab İlham Əliyevin müdrik siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Demək olar ki ,respublikanın bütün sahələrində ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bütün bunların əsasında isə yenə də uğurlu iqtisadi siyasət dayanır. Bu gün müstəqil Azərbaycan Respublikasının ,sözün əsl mənasında , müasir inkişafı həm ölkəmizin iqtisadi-hərbi qüdrətinin dayanmadan artırılması və həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə bağlıdır. Ölkə iqtisadiyyatının hər bir sahəsində əldə edilən uğur digər sahələrin də inkişafına xüsusi təsir göstərdi.Güclü iqtisadiyyat olmayan yerdə güclü ordudan söhbət gedə bilməz.Məhz iqtisadi inkişaf , iqtisadi tərəqqi sayəsində Azərbaycan Demokratik Respublikası bu gün yenilməz güclü orduya sahib oldu. Qazandığımız uğurların ən böyüyü 30 il həsrətində olduğumuz əzəli torpaqlarımıza əbədi qayıdışımızdır. 27 sentyabr 2020 – ci ildə başlanan Vətən müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin , yürütdüyü düzgün siyasətin sayəsində , mübariz , əzmkar , igid Azərbaycan oğullarının gücü sayəsində Zəfərlə başa çatdı. Ərazi bütövlüyü bərpa olundu .Bu ən böyük qələbədir. Bu Qələbə xalqımızı dünyada düşmənə əyilməyən , mübariz , əzmkar , müzəffər xalq kimi tanıtdı. Azərbaycanın son bir neçə əsrdəki tarixi nailiyyətlərinin zirvəsində məhz hər zaman xüsusi iftixar , qürur rəmzinə çevriləcək bu şərəfli Qələbə , Zəfər dayanacaq.
Bu gün düşmənin viran qoyduğu ərazilərdə bərpa işləri aparılır. İşğaldan azad olmuş şəhərlərimiz , kəndlərmiz yenidən qurulur, yollar çəkilr , körpülər salınır , yurdundan , yuvasından didərgin düşmüş soydaşlarımızın doğma evlərinə qayıtması üçün hər cür şərait yaradılır. İnanırıq ki , tezliklə biz buna nail olacağıq.
“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” – Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışındakı bu sözlər hər bir ölkə vətəndaşını qürurlandırır. Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə qorunur və onun həyata keçirdiyi düzgün siyasət Azərbaycanı yeni zirvələrə aparacaq. Azərbaycan xalqı hər zaman Heydər Əliyev dühası , Heydər Əliyev şəxsiyyəti , Heydər Əliyev fenomeni kimi püxtələşən, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi formalaşan İlham Əliyevlə birgə addımlamış , həmişə öz layiqli liderini dəstəkləmişdir . Bu bundan sonra da belə olacaqdır. Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi dünyaya gözəl nümunədir.Bu birlik sarsılmazdır. Bu birlik sayəsində Azərbaycan hələ çox qələbəyə imza atacaq , daha da inkişaf edəcək, güclənəcək və qarşıya qoyulan bütün məqsədlərə nail olacaqdır.
M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərinin icraçısı Təhməzova Könül