“İstiqlaliyyət 47 (31) ” ünvanında Yeni Azərbyacan Partiyası Səbail rayon ərazi partiya təşklatının ilk təsis iclası keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının məsləhətçiləri Nicat Hüseynov, Aysel Nəsibova, rayon təşkilatının veteranı Əhliman Qarayev iştirak edib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının məsləhtçisi Nicat Hüseynov Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş şəkildə məlumat verib,hər kəsə uğurlar arzu edərək “İstiqlaliyyət 47 (31) ” ünvanında yaradılan ərazi partiya təşkilatının prosedur qaydalarını izah edib.Sonra üzvlər arasında səsvermə keçirilərək,Əhmədov Məmmədəli sədr,Ələkbərova Şərafət isə sədr müavini seçilib.Ərazi partiya təşkilatının yeni sədri ona göstərilən etimada görə təşəkkürünü bildirdi və vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır. Göstərilən yüksək etimada görə təşəkkürünü ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacağını vurğuladı. Bildirdi ki, bizim artıq güclü dövlətimiz var – müstəqil Azərbaycan dövləti. Biz bu dövlətin vətəndaşlarıyıq. İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.