Akademik Əhəd Yaqubov küçəsi 15 ərazi” ünvanında Yeni Azərbyacan Partiyası Səbail rayon ərazi partiya təşklatının ilk təsis iclası keçirilib.
18.04.2022Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirak edib. YAP-ın sədri cənab Prezident İlham Əliyevin idman sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan M.Nağıyev bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülür, İdman komplekslərində maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi hər zaman ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir. M.Nağıyev bildirdi ki, 44 günlük vətən müharibəsində Prezident İlham Əliyev heç bir xarici təyziqlərə məhəl qoymadı:”Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi”. Tədbirdə çıxış edən Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş şəkildə məlumat verib,hər kəsə uğurlar arzu edərək “Akademik Əhəd Yaqubov küçəsi 15 ərazi” ünvanında yaradılan ərazi partiya təşklatının prosedur qaydalarını izah edib.Sonra üzvlər arasında səsvermə keçirilərək Elçin Həsənov sədr, Cəmilə Mərdiyeva isə sədr müavini seçildi. Ərazi partiya təşkilatının yeni sədri ona göstərilən etimada görə təşəkkürünü bildirdi və vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır. Göstərilən yüksək etimada görə təşəkkürünü ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacağını vurğuladı. Bildirdi ki, bizim artıq güclü dövlətimiz var – müstəqil Azərbaycan dövləti. Biz bu dövlətin vətəndaşlarıyıq. İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.