Səbail rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

İftar mərasimində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri və qazilər iştirak ediblər.Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.İftar mərasimində çıxış edənlər Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğu bildirilib, dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Çıxış edənlər xalqımızın Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının şücaətlərini yüksək dəyərləndirdiyini, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlətimizin başçısına və onun ailəsinə Uca Allahdan xeyir-dualar dilədiyini qeyd ediblər.Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.