Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Binəqədi rayonunun Xocasən qəsəbəsinin ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Səbail rayon “Dövlət Auditi” (Azərbaycan Respublikası Hesablama Palatası)Xəqani küçəsi 33 ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Bu aksiyanın keçirilmə məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək ölkəmizdə ekoloji təmizliyi qorumaq, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ətraf mühitin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində gördüyü işlər gələcək nəsillər üçün hər zaman bir nümunədir. Bu gün də respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması, geniş yaşıllıqlar zolaqlarının salınması ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olub.
Yeni Azərbaycan Partiyasının üzvləri olaraq bizlərində üzərinə düşən əsas vəzifələrdən biri Ulu Öndərimiz tərəfindən qoyulan bu gözəl ənənəni layiqincə davam etdirməkdədir.