“Rəşid Behbudov adına Mahnı Teatrında “15 iyun- Milli Qurtuluş Günü”nə həsr olunan tədbir keçirilib.”
14.06.2022Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında “15 iyun- Milli Qurtuluş Günü”nə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış nitqində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Ümummilli Lider 1993-cü il iyun ayının 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızı onu gözləyən bəlalardan qurtarmaqla bərabər, Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın səhifəsini açdı. Ümummilli Liderin xalqımızın həyatında oynadığı rolu böyük xilaskarlıq missiyası adlandırıb və Ulu Öndərin həmin missiyanı bütün həyatı boyu daşıdığını bildirib: “Hər bir azəbaycanlının minnətdarlıqla xatırladığı tarixi fakt bundan ibarətdir ki, Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələrkən millətin tarixi yaddaşının oyanmasında müstəsna xidmətlər göstərib”.
Hakimiyyətinin ilk illərində Ümummilli Liderin ancaq ölkənin çoxşaxəli iqtisadiyyatının inkişafı ilə deyil, sosial həyatın bütün sahələrində dirçəlişin fundamental bazasını yaratdığını qeyd edən Muxtar Nağıyev konkret faktlar sadlayıb, həmin dövrlərdə elm və təhsilə göstərilən böyük diqqət və qayğını Azərbaycanın bu gününə hesablandığını bildirib.
“Bunun ən böyük nümunəsi gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsi idi”, – deyən Muxtar Nağıyev ötən əsrin yetmişinci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını müasir Azərbaycan Silahlı Qüvvələrinin bel sütunu olacaq milli zabit kadrlarımızın hazırlanmasında ən böyük hadisələrdən biri olduğunu xatırladıb. Dövlət müstəqilliyi yenicə elan olunan Azərbaycanı karyeristlərin və avantüristlərin idarə etdiyini yada salan Muxtar Nağıyev ölkəni və xalqı məhz o şəxslərin bərbad idarəçiliyinin nəticəsi olaraq yaranan 1993-cü ilin iyun böhranından ancaq Heydər Əliyevin çıxara biləcəyini vurğulayıb.
Buna görə də minnətdar Azərbaycan xalqının 15 İyun – Milli Qurtuluş Gününü milli bayram olaraq qeyd etdiyini bildirən rayon təşkilatının sədri Azərbaycanın bugünkü bütün uğurlarının 15 iyundan başlandığını deyib, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin xalqının qəlbindəki ən böyük yaraya – Qarabağ yarasına məlhəm qoymasını dövlətimizin qurucusu Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi olduğunu xatırladıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin sosial həyatında oynadığı böyük roldan danışan təşkilat sədri bu sahədə görülən işlərin xalq tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Ulu Öndərin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının hər məqamda liderinin yanında olduğunu qeyd edən çıxışçı təşkilatın bu gün 800 minlik üzvü ilə Heydər Əliyevin siyasi varisi, YAP-ın Sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib.
Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə həmin dövürdə YAP-ın yaranmasını mühüm hadisə olduğunu qeyd edərək,YAP fəallarının parlamentdə və ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli fəaliiyət göstərdiyini xüsusilə vurğulamışdır.
A.Rəhimzadə qeyd edib ki, dövlət müstəqilliyinin ilk dövrlərində dövlət büdcəsinin, ümumiyyətlə, olmadığını, ilk dəfə 1994-cü ildə 114 milyon manat təşkil etdiyini, bu il isə onun 30 milyard manat olduğunu bildirərək, bu illər ərzində nail olduğumuz inkişafı rəqəmlərlə diqqətə çatdırıb.Həmçinin 15 iyun qurtuluş günü Azərbaycanın bu gün qazandığı naliyətlərin və gələcəkdə daha böyük uğurlara doğru gedən yolun başlanğıcı kimi qiymətləndirmişdir.