“Azərbaycan Xalqının Milli Qurtuluş Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunub

​Cari ilin 14 iyun tarixində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İntellektual inkişaf şöbəsi tərəfindən “Azərbaycan Xalqının Milli Qurtuluş Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunub.​Dəyirmi masanın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar – sosial-iqtisadi inkişafın sürətləndirilməsi, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yeri və rolunun möhkəmlənməsi, elm, təhsil, mədəniyyət, idman, incəsənətin sürətli inkişafı, həmçinin onun tarixi qayıdışı ilə Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları mərkəzin əməkdaşlarına çatdırmaqdan ibarət olub.​Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İntellektual inkişaf şöbəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikada mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini qeyd ediblər. Yeni neft strategiyasının reallaşdırıldığını, ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əsasların yaradıldığını diqqətə çatdırıblar.Daha sonra “15 iyun–Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev” adlı videoçarx nümayiş olunub.​Dəyirmi masa Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodist və mütəxəssislərinin iştirakı ilə baş tutub.