Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində(Y.Məmmədəliyev 12 ƏPT) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.Kollecin direktoru h.f.d., dos Oruc Məmmədov çıxışında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 15 iyun 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışının tarixi əhəmiyyətindən və inkişafın Azərbaycan modelinin formalaşmasındakı misilsiz rolundan danışdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin dövlət hakimiyyətinə qayıdışı xalqımızın strateji maraqlarını təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Dos. Oruc Məmmədov 44 günlük Vətən müharibəsinin şanlı Zəfərindən, Müzəffər Ali Baş Komandanımız, əbədi Prezidentimiz İlham Əliyevin liderlik nümunəsindən, Müzəffər Azərbaycan Ordusunun örnək şücaətindən və gənc nəslin vətənpərvərlik ruhudan geniş danışdı. UNEC rektorunun kolleclər üzrə məsləhətçisi prof. Nuru Mikayılov ulu öndər Heydər Əliyevin Azərbaycanşılıq ideologiyasıdan danışdı. Kollecin müəllimi Alı Əliyev ülu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi.Tədbirin sonunda ülu öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirildi.