“Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.”

23 sentyabr 2022-ci il tarixində YAP Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev, rayon təşkilatının sədr müavini Nicat Hüseynov və aparatın əməkdaşları Lamiyyə Hacızadə, Aysel Nəsibova, Fuad Heydərli Vətən müharibəsi şəhidləri Əli Nağıyev,Cavidan Ağayev,Murad Qurbanov,Əli Tağıyev, Bilal Qənbərov və Yusif Budaqovun ailələrini ziyarət ediblər.

Şəhidlərimizin ailə üzvləri ilə görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, Azərbaycan ordusunun tarixi qələbəsində şəhidlərimizin rolundan bəhs edib, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışıb.

Şəhidlərimizin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edib, öz minnətdarlıqlarını çatdırıblar.