“Yeni Azərbaycan Partiyasının 30 illiyi ərəfəsində partiya üzvlərinə yeni vəsiqələr təqdim olunub.”
30.09.2022Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “İstiqlaliyyət 43” Ərazi Partiya Təşkilatında görüş keçirilib.
Görüş zamanı Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın Ulu öndərimizin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərdiyini vurğulayıb.
O bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni möhtəşəm nailiyyətlər əldə etməsinə dəyərli töhfələrini verir. Hazırda Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan YAP-nın cəmiyyətdə böyük nüfuzunun göstəricisidir ki, Partiyaya üzv olanların sayı artıq 800 minə yaxındır.
Sonra üzvlük vəsiqələri təqdim edilib. Muxtar Nağıyev üzvlərin hər birini təbrik edib, onlara uğurlar arzu edib.