Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi çərçivəsində  “Asəf Zeynallı 20” ərazi partiya təşkilatında yığıncaq keçirilib.

İclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev, “İçərişəhər” DTMQİ-nin İdarə heyətinin sədri Şahin Seyidzadə, ərazi təşkilatının sədri Akif Əzizov, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov və təşkilatın əməkdaşı Fuad Heydərli, ərazi təşkilatının üzvləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

“İçərişəhər” DTMQİ-nin İdarə heyətinin sədri Şahin Seyidzadə çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir, vətəndaş-dövlət əlaqələrini daha da gücləndirir.

Sonra “Asəf Zeynallı 20” ərazi təşkilatının sədri Akif Əzizov 9 ay ərzində ərazi təşkilatının gördüyü işlər barədə görüş iştirakçılarını məlumatlandırıb və səhhəti ilə əlaqədar sədrlik vəzifəsini lazımı səviyyədə yerinə

yetirə bilmədiyini bildirdi və bu məsələyə yenidən baxılmasını xahiş etdi.

Göstərdiyi fəaliyyətə görə Akif Əzizov YAP Səbail rayon təşkilatının sədri muxtar Nağıyev tərəfindən fəxri fərmanla təltif olunub.

Daha sonra “Asəf Zeynallı 20” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə yeni sədri müəyyənləşib. Yekdilliklə Ağalar Əliyev ərazi partiya təşkilatının sədri, Elsevər Məmmədov sədr müavini seçilib.

M.Nağıyev yeni seçilmiş  sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.

Ağalar Əliyev ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.