“Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatının təşkilatçılğı ilə partiyanın yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə YAP Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev, ADPU-nun rektoru professor Cəfər Cəfərov,  YAP Səbail rayon Təşkilatının sədr müavini Nicat Hüseynov, aparatın əməkdaşı Fuad Heydərli, “91-lər”in nümayəndələrin olan professor Hacan Hacıyev, dosent Allahverdi Hacıyev, Rizvan Vahabov, “Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatının sədri Sultanəli Qurbanov və üzvlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə YAP Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev , ADPU-nun rektoru professor Cəfər Cəfərov və “Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatının sədri Sultanəli Qurbanov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq, YAP-ın müasir Azərbaycan dövlətinin inkişadında müstəsna rolunu qeyd etmişlər. Natiqlər ümummili lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yaranan partiyanın cəmiyyət həyatının bütün sahələrində müsbət fəaliyyətini xüsusilə qeyd ediblər.

Tədbir iştirakçılarına partiyanın tarixini əks etdirən videoçarx nümayiş olunduqdan sonra YAP-ın “qızıl fondu”nu təşkil edən “91-lər”in nümayəndələrindən professor Hacan Hacıyev və dosent Allahverdi Hacıyev ötən əsrin 90-cı illərində yaranmış çətin ictimai-siyasi vəziyyət fonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətindən və bu zaman qarşıya çıxan çətinliklərdən söz açmışdır.

Tədbirin sonunda Ərazi Partiya Təşkilatının fəalları fəxri fərman və təşəkkürnamələrlə təltif olunub, partiyaya yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.