“İstiqlaliyyət 8” ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “İstiqlaliyyət 8” ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov, “İstiqlaliyyət 8” ərazi partiya təşkilatının sədri Orxan Ağayev, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov,  qurumun əməkdaşları və ərazi partiya təşkilatın üzvləri iştirak edib.

Tədbir Ulu öndər Heydər Əliyev və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin bu gün də  layiqli şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri  İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir, vətəndaş-dövlət əlaqələrini daha da gücləndirir.

“İstiqlaliyyət 8” ərazi partiya təşkilatının sədri Orxan Ağayev çıxışında müstəqil Azərbaycanın inkişafı istiqamətində Yeni Azərbaycan Partiyasının da mühüm işlər gördüyünü qeyd edərək, bundan sonra da dövlətimizin, Prezidentimizin həyata keçirdiyi fəaliyyətə sadiq olacaqlarını bildirib.

Daha sonra Partiyanın fəaliyyətində fəal iştirak edən bir qrup üzvlər Fəxri Fərmanla təltif olunublar.