Səbail rayonunda ilin yekunlarına həsr olunan iclası keçirilib.
20.12.2022Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, rayon ərazisində fəaliyyət göstərən ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə 2022-ci ilin yekunlarına həsr olunan iclas keçirilib.
İclasda çıxış edən YAP Səbail rayon təşkilatının Muxtar Nağıyev başa çatmaq üzrə olan 2022-ci ilin ölkəmiz və partiyamız üçün əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Bugün Azərbaycanın təkcə regionda yox, bütün dünyada nüfuzunun sürətlə yüksəldiyini qeyd edən Muxtar Nağıyev regionda sülhün və təhlükəsizliyinin qarantının Azərbaycan olduğunu vurğulayıb.
Muxtar Nağıyev partiyanın tarixində 2022-ci ilin xüsusilə önəmli olduğunu bildirib, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə iclas iştirakçılarını təbrik edib və tədbirlər planına uyğun olaraq partiyanın 30 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu və bir sıra tədbirlərin keçirilməsi barədə məlumatları tədbir iştirakçıları ilə bölüşüb.
Muxtar Nağıyev iclas iştirakçılarının hər birinə fəaliyyətlərində uğurlar arzu edib, müvafiq tövsiyyələrini çatdırıb.
Daha sonra “Lermontov küçəsi 74” ərazi partiya təşkilatının sədri Elçin Əhmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında rolundan bəhs edib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bugün partiyanın sədri İlham Əliyev tərəfindən uğurla fəaliyyəti davam edən Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazda ən böyük təşkilat olduğunu qeyd edib.
Sonda iclas iştirakçıları tərəfindən bir sıra təşkilati məsələlər müzakirə olunub.