Sultanəli Qurbanov:31 Dekabr- Xalqımızın tarixində ən yadda qalan,ən şərəfli günlərdən biri-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

“Ü.Hacıbəyli-68” ƏPT-nin sədri, F.ü.f.doktoru dosent-Sultanəli Qurbanov

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmağa, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlıların yaşadığı, çoxluq təşkil etdiyi Avropa ölkələrində bu özünü göstərir. 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan Azərbaycanlılar tərəfindən qeyd olunur, keçirilir. “Azərbaycançılığı, Azərbaycanınn dilini, Azərbaycan mədəniyyətini ,adət ənənələrini və milli – mədəni dəyərlərini biz yaşatmalıyıq” – deyən Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 1991 – ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali məclisində dekabrın 31 – ni Dünya Azərbaycanın Həmrəylik günü elan etdi .Ulu Öndər tərəfindən Həmrəylik Günününç təməli qoyuldu.
Ali Məclisdə Ulu Öndərin : ” Azərbaycandan kənarda yaşayan azərbaycanlılar öz ölkəsinin vətəndaşı kimi istədikləri kimi yaşasınlar.Amma onların ürəkləri azərbaycanın ürəyi ilə vursun,hər bir kəsin nəbzi azərbaycanın nəbzi ilə vursun.Harada yaşamasından və şəxsi vəziyyətinin yaxşı və ya pis olmasından aslı olmayaraq öz ana vətəni haqda düşünsün.Artıq bilirlər və bilməlidirlər ki,Azərbaycanlıların nəhayət müstəqil dövləti var-Azərbaycan Respublikası.Azərbaycanlılar üçün ana vətən var.Bu müqəddəs Azərbaycan torpağıdır.Demək harada olursan ol,harada yaşayırsan yaşa Azərbaycan haqda,onun müstəqilliyi və ərazi bütövlüyü haqda,Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən. Heç vaxt öz milli köklərini, milli mənsubiyyətini itirməməlisən.Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm.Bu gün də fəxr edirəm ki,mən mən Azərbaycanlıyam”-söylədiyi gözəl sözlər bu gündə xalqının yaddaşındadır..
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü-bütün dünya azərbaycanlılarının birlik,həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Dünya Azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir.Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi elan edilmişdir.Bakıda Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il 9-10 dekabrda keçirilən Dünya Azərbaycanlılarının l qurultayı müxtəlif dünya ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrini daha da möhləmləndirdi.Qurultaydakı dərin məzmunlu nitqində Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliklərinin milli birliklərinin təmin edilməsi,ana dilinin,milli mənəvi dəyərlərin görünüb saxlanması , inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
Ulu Öndərin Dünya Azərbaycanlılarının Həmrəyliyinin,birliyinin təmin edilməsi ilə bağlı fikirləri,ideyaları bu gün dü aktualdır.
Müxtəlif illərdə keçirilən Dünya Azərbaycanlılarının ll,lll,lV qurultayları müxtəlif ölkələrdə yaşayan Azərbaycanlıların birlik və həmrəyliklərinin təcəssümüdür və mühüm tarixi əhəmiyyət kəsb edir.Dünya Azərbaycanlılarının bu qurultayda iştirak etmələri göstərir ki,onlar Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişlər.