“Tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun məzarı ziyarət olunub.”

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülən, Yeni Azərbaycan Partiyasının qurucularından biri, YAP Səbail rayon təşkilatının sabiq sədri Zahid Qaralovun anım günüdür.

Bu münasibətlə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və kollektivi, partiyanın fəal üzvləri, rayon ictimaiyyət nümayəndələri Zahid Qaralovun məzarını ziyarət edib.

Ziyarət çərçivəsində Zahid Qaralovun məzarı üstünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Zahid Qaralov təkcə Səbail rayonunun deyil, bütövlükdə ölkəmizin ictimai-siyasi unudulmayacaq fəaliyyəti ilə yaddaşlarda qalıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının qurulması və inkişafında Zahid Qaralovun rolu əvəzedilməzdir. Zahid Qaralov həm də həyat və fəaliyyəti ilə gənclərə də nümunədir və istər gənclər, istərsə də yaşından asılı olmayaraq hər kəs onun fəaliyyətini yüksək qiymətləndirərək onu unutmayacaqdır.

Daha sonra “91-lər”in üzvü Hacan Hacıyev çıxış edərək Zahid Qaralovun Azərbaycanıın inkişafında göstərdiyi fəaliyyətdən bəhs edərək, Zahid müəllimin xalqımız və dövlətimiz üçün daim yaşayacağını bildirib.

“91-lər”in üzvü Novruz Quliyev çıxışı zamanı Zahid Qaralovun fəaliyyətinə dövlət başçımız tərəfindən verilən layiqli dəyərdən danışaraq, onun “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülməsinin məhz mübarizkar fəaliyyətinin, xalqının və dövlətinin firavanlığı üçün daim çalışmağının məntiqi nəticəsi olduğunu bildirib.