“Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin müsabiqə mərhələsi keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin müsabiqə mərhələsi keçirilib.

Müsabiqə mərhələsində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “91-lər”in nümayəndəsi Hacan Hacısoy və partiyanın veteran üzvü Əhliman Qarayev, sədr müavini Nicat Hüseynov, aparatın əməkdaşları Fuad Heydərli, Lamiyə Hacızadə, Əfəndi İbrahimli, Aysel Nəsibova iştirak edib.

Layihədə iştirak üçün ümumilikdə 100 nəfər qeydiyyatdan keçib və uyğun namizədlər mərhələli şəkildə müsahibələrə dəvət olunub.

Müsabiqə mərhələsini uğurla başa vuran 35 iştirakçı “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbində iştirak etmək haqqı əldə edib.

Qeyd edək ki, YAP Səbail rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə münasibətilə il ərzində silsilə tədbir və layihələr həyata keçiriləcəkdir.