Səbail rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunub.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilib.

Aksiyada YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, ”Məktəb Meydanı 40″ ərazi partiya təşkilatının sədri Sədaqət Həsənova və aparatın əməkdaşları Fuad Heydərli, Lamiyyə Hacıyeva, Aysel Nəsibova iştirak ediblər.

Ziyarət çərçivəsində rayon sakinləri olan şəhid ailələrinə bayram hədiyyələri təqdim edilib, bayramları təbrik edilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.