YAP Səbail rayon “Mətbuat prospekti 2A” Ərazi Partiya təşkilatında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, Ulu öndərin Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlər haqqında danışıb. YAP-ın bütün sahələrdə mühüm rolunu qeyd edən M.Nağıyev cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və 44 günlük qələbəni də diqqətə çatdırıb.

“Mətbuat prospekti 2A” Ərazi Partiya təşkilatının sədri İradə Hüseynova çıxış edərək YAP-ın uğurlu siyasi fəaliyyətindən danışıb. “Mətbuat prospekti 2A” Ərazi Partiya təşkilatında “Heydər Əliyev İli” ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb və YAP üzvlərini “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərdə yaxından iştiraka çağırıb.

Tədbirdə YAP veteranlar şurasının üzvü, məşhur “91-lər”dən olan AMEA-nın müxbir üzvü, prof. İbrahim Əzizov, Birinci Qarabağ müharibəsinin veteranı b.ü.f.d., dos. Nurməmməd Mustafayev, b.ü.f.d. Aynura Paşayeva, b.ü.f.d., dos. Ulduza Qurbanova çıxış ediblər.

Tədbirin sonunda YAP-ın yeni üzvləri ilə birlikdə xatirə şəkli çəkilib.