SOCAR-ın “Azneft” İB-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin İB-də yerləşən büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və digər çıxış edənlər Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, müstəqil Azərbaycan yaşadıqca, xalqımız var olduqca ulu öndər Heydər Əliyev daim ürəklərdə yaşayacaq.

Tədbirdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən film nümayiş etdirilib.