Bakı şəhəri 160 nömrəli klassik gimnaziya məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev,  Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, 160 nömrəli klassik gimnaziya məktəbinin direktoru Ələkbərova Faina və müəllim kollektivi iştirak edib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, haqqında video-çarxlar nümayiş olunub.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsində əvəzsiz rolundan, Azərbaycanın dünyada aparıcı ölkəyə çevrilməsi istiqamətində fəaliyyətindən danışıblar.

Məktəblilər Ulu Öndərə həsr olunan şeirlər səsləndirib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.