Səbaildə “Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi” adlı tədbir keçirilib

Bu gün YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Üzeyir Hacıbəyov küçəsi, 84” Ərazi Partiya Təşkilatında “Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İnzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Ümummilli  Lider Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi” adlı videoçarx təqdim edilib.

Tədbirdə çıxış edən YAP  Səbail rayon “Ü.Hacıbəyov küçəsi, 84” ərazi partiya təşkilatının sədri Məhəmməd Nooyevin tədbirin əhəmiyyəti barəsində qonaqlara məlumat verib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin Azərbaycan xalqı qarşısında fəaliyyəti və 15 iyun Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixində oynadığı roldan danışaraq bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və Partiya üzvü, müharibə veteranı Ceyhun Novruzov çıxış ediblər.

Sonra partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.