Səbail rayonunda 15 İyun – Azərbaycan xalqnın milli qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Xalça Muzeyində 15 İyun – Azərbaycan xalqnın milli qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “91-lər hərəkatının” üzvü, Professor Hacan Hacısoy və partiyanın üzvləri iştirak edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu söyləyib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında fəaliyyəti və 15 iyun Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixində oynadığı roldan danışaraq bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub.

“91-lər hərəkatının” üzvü, Professor Hacan Hacıyev çıxışında qeyd edib ki, Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.

Sonra tədbir iştirakçıları Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixin salnaməsi” adlı sərgi ilə tanış olub, “Milli sərvətimiz” adlı sənədli filmə baxıblar.