“Asəf Zeynallı 20” Ərazi Partiya Təşkilatında 15 İyun – Milli qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.

Tədbirdə “İçərişəhər” DTMQ İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, “Asəf Zeynallı 20” Ərazi Partiya Təşkilatının sədri Ağalar Əliyev, YAP Səbail rayon təşkilatının məsləhətçisi Lamiyyə Hacızadə, Heydər Əliyevin silahdaşı Dilarə Seyidzadə və digər qonaqlar iştirak edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “Asəf Zeynallı 20” Ərazi Partiya Təşkilatının sədri Ağalar Əliyev Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib. 

“İçərişəhər” DTMQ İdarəsinin Aparat rəhbəri İntiqam Babayev çıxış edərək bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.

YAP Veteranlar şurasının üzvü, Heydər Əliyevin silahdaşı Dilarə Seyidzadə və  “İçərişəhər” DTMQ İdarəsinin əməkdaşı Akif Əzizov çıxış edərək bidiriblər ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi. Ulu Öndər müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə almaqla yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu”.

Sonra partiyanın sıralarına qoşulan yeni üzvlərə vəsiqələr təqdim olunub.

Sonda xatirə fotosu çəkilib.