“Z.Tağıyev küçəsi, 4”  Ərazi Partiya təşkilatında “Müstəqilliyimizin xilaskarı” adlı tədbir keçirilib

Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, “Z.Tağıyev küçəsi, 4”  Ərazi Partiya təşkilatının sədri t.ü.f.d., dosent Bəhman Kərimov, “Z.Tağıyev küçəsi, 4”  Ərazi Partiya təşkilatının sədr müavini  Pərvanə Əzimova və digər üzvlər iştirak edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini  Nicat Hüseynov 15 iyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və bunun nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrildiyin söyləyib. 

“Z.Tağıyev küçəsi, 4”  Ərazi Partiya təşkilatının sədri t.ü.f.d., dosent Bəhman Kərimov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı: “Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür”.

Sonra “Z.Tağıyev küçəsi, 4”  Ərazi Partiya təşkilatının  sədr müavini Pərvanə Əzimova, Milli Azərbaycan Tarixi Muzeyinin Yeni Azərbaycan Partiyası ərazi təşkilatının üzvü, Muzeyinin Numizmatika fondunun müdiri t.ü.f.d. Aygün Məmmədova, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən tarixi fondunun müdiri Şəfa Mövsumov, Milli Azərbaycan Tarixi Muzeyinin Yeni Azərbaycan Partiyası ərazi təşkilatının üzvü, Muzeyinin mütəxəssisi, Gülnar Fərhadova çıxış edərək 15 iyun – Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıblar. Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.