Səbaildə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova və digər qonaqlar iştirak edib.

Tədbir Ümummili lider Heydər Əliyev və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edilən video-çarx təqdim olunub.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb, 1993-cü ilin iyununda yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuzun 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.

Daha sonra Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova bildirib ki, bu gün bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir. Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və inkişafı hədəfləyən uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir bədii konsert proqramı ilə davam edib.