Səbail rayonunda şəhid Vüsal Teymurovun anası doğum günü münasibətilə ziyarət olunub

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Vüsal Teymurovun anası Nahidə Teymurovanın 60 illik yubileyi münasibəti ilə şəhid anasını ziyarət edib.

Aparatın əməkdaşları Nahidə Teymurovanı doğum günü münasibətilə təbrik edib, ən xoş arzular çatdırıb, ona gül buketi təqdim ediblər.

Nahidə Teymurova ona göstərilən diqqət və qayğıya, təbriklərə görə minnətdarlığını bildirib.