Heydər Əliyev Milli Ordu Quruculuğunun Banisidir.

YAP Veteranlar Şurasının Üzvü, 91-lərin üzvü, Prezident təqaüdçüsü, Professor Ədalət Fərəcov

Səbail rayonu YAP –“Ü.Hacıbəyli – 68” ƏPT sədri , ADPU-nun dosenti Sultanəli Qurbanov

Son 200 ildə Rusiyanın himayədarlığına sığınan ermənilər həmişə yaranmış tarixi şəraitdən riyakarlıqla istifadə etmiş və Azərbaycan xalqına qarşı amansız qətliamlar, qanlı soyqırımlar törətmişlər.Ən dəhşətli soyqırımlardan biri 1905-ci ildə erməni-daşnak və rus bolşevik birləşmələri tərəfindən Bakıda silahsız azərbaycanlılara qarşı törədilmiş və on minlərlə insan qətlə yetirilmiş, şəhərdə tarixi binalar yandırılmışdır.1917-1918-ci il hadisələrinin miqyası daha geniş olmuş və bu illərdə ermənilər əliyalın azərbaycanlılara qarşı yalnız Bakıda deyil, həmçinin Şamaxıda, Qubada, Salyanda, Lənkəranda, İrəvanda, Naxçıvanda, Dərə-Ləyəzdə, Zəngəzurda, Şuşada və azərbaycanlıların məskunlaşdığı digər regionlarda dəhşətli soyqırımlar törədilmişdir.

Həmin vaxtlarda Azərbaycanın özünü müdafiə etmək üçün siahlı hərbi qüvvələri olmayıb. Yalnız 1918-ci il may ayının 28-də Azərbaycan özünün müstəqilliyini elan etmiş və həmin dövrdə Demokratik Azərbaycan Respublikası erməni qırğınlarından xalqı xilas etmək üçün ilk dəfə olaraq 40 min nəfərlik azərbaycanlılardan ibarət olan ordu yarada bilmişdir.Lakin, 1920-ci il 28 apreldə XI Ordunun Bakıya daxil olması ilə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikası süquta uğradı və bununla da Azərbaycan ordusu buraxıldı. Orduya başçılıq etmiş generallardan 11 nəfəri bir gecədə güllələndi, general S.B.Mehmandarov, Ə.A.Şıxlınski və digər yüksək rütbəli zabitlər həbs olundu, onların əksəriyyəti Nargin adasında qətlə yetirildi.

Şübhəsiz ki, Sovetlər dövründə  Azərbaycanda milli ordu quruculuğundan söhbət gedə bilməzdi.Lakin nə qədər çətin olsa da Azərbaycanda ordu quruculuğunun təməli Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969 –cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi ilə başlanmışdır.        Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə dərk edirdi ki, ordu bütün tarixi dövrlərdə dövlətin dayağı , xalqın güvənc yeri və əsas qürur mənbəyi hesab olunur.Çünki, ordu və güclü dövlət ifadələri vəhdət təşkil edir .Xüsusi ilə gələcək müstəqil dövlətin mövcudluğu , iqtisadi , siyasi və elmi imkanları ilə yanaşı ilk növbədə onun müasir döyüş qabiliyyətli ən yeni hərbi vasitələrdən bacarıqla istifadə edə bilən müxtəlif  təyinatlı qoşun növlərinə malik ordusunun olmasından asılıdır. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.Bu gün artıq dünya hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan silahlı qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqın xöşbəxt gələcəyi və müstəqilliyi uğrunda mübarizə həsr etmiş dahi Heydər Əliyevin adı ilə bağlayır.Ulu öndərin müxtəlif illərdə vətən, xalq, ordu və  Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu nuru ilə xalqımızı , ordumuzu böyük qələbələrə qovuşdurur. Sovetlər dövründə azərbaycanlı gənclərdə hərb elminə marağın artırılması və bunun üçün real şəraitin yaradılması Uulu Öndərin gələcək Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgöən siyasətinin tərkib hissəsi idi.Ulu öndərin Azərbaycanda hərb elminin formalaşdırılmasına göstərdiyi müstəsna qayğının sayəsində 1971 –ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi Litseyə, 1981-ci ildə keçmiş SSRİ-də dördüncü Zaqafqaziyada birinci olmaqla Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Hərbi və fiziki təlim” fakultəsi təsis olundu.Heydər Əliyev Azərbaycanda hərbi təhsil və təlim müəssisələrini təsis etməklə yanaşı 1970-1980-cı illərdə çox sayda azərbaycan gənclərini güzəştli şərtlərlə keçmiş SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərinə qəbulunu təşkil etmişdir. Yalnız 1982-ci ildə 550 nəfər azərbaycanlı gəncin keçmiş Sovetlər birliyinin – Suvorov, Naximov və başqa hərbi məktəblərində təhsil almaları təmin olunmuşdur.Kommunist rejiminin sərt qanunları altında xalqının xeyrinə belə ciddi işləri görmək olduqca çətin idi.Bütün bunlara rəğmən Ulu Öndər Heydər Əliyev gələcək Azərbaycanın müstəqilliyi naminə özünün düşünülmüş siyasəti sayəsində mühüm ciddi işləri uğurla icra edirdi.Sonralar Ulu öndər bildirirdi ki, “Biz sovetlər rejimində yaşayırdıq, məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejimin altında olsa da sən xalqın, millətin üçün nə edirsən.Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına köməklik göstər, Mən bunları etdim, Azərbaycan o illərdə çox yüksəyə qalxdı ”. Azərbaycan  1991-ci ilin 18 oktyabrnda öz müstəqilliyini elan etdi və bu zaman Respublikada kifayət qədər peşəkar hərbçi kadrlar var idi. Ancaq o zaman hakimiyyətə gələn qüvvələr özlərinin səriştəzisliyi ucbatından mövcud olan hərbi qüvvələrdən və imkanlardan düzgün istifadə etməyi bacarmadılar.Bütün bunlar isə Qarabağ uğrunda gedən  döyüşlərdə Azərbaycan üçün ağır faciələrə və torpaq itkilərinə səbəb oldu.Belə bir şəraitdə ölkə daxilində separatçılıq meylləri güclənir, vətəndaş qarşıdurması baş verir və nəticədə Azərbaycan yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsinə yaxınlaşırdı.Geniş əhali kütləsi Azərbaycanı bu çətin vəziyyətdən xilas etməyin yolunu ancaq Heydər Əliyevin ikinci dəfə Respublikanın siyasi hakimiyyətinə qayıtmağa razılıq verməsində görürdü.Ulu Öndər Heydər Əliyev xalqın düzgün tələbi və istəyi ilə 9 iyun 1993-cü ildə Bakıya gəldi və 15 iyun 1993-cü ildə Milli Məclisin sədri vəzifəsinə seçildi. Bu hadisə Azərbaycan xalqının tarixinə “Qurtuluş günü” kimi daxil oldu.Milli Məclisin sədri seçilən zaman Ulu Öndərin həmin iclasdakı çıxışında dediklərini xatırladaq: “ Sizi əmin edirəm ki, bütün imkanlarımdan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy göstərəcəyəm.Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bu günki ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətimlə dərk edirəm.Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətini anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.” Heydər  Əliyevin  bütün labüd fəlakətlərdən ölkəni xilas etməsi faktını Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Heydər Əliyev 1993-cü ildə Parlamentin sədri seçiləndən sonra müstəqil  Azərbaycanın həyatında yeni dövr başlanmışdır.Əgər 1993-cü ildə xalqın tələbi  və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox bəlalarla üzləşə bilərdi.Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı.” Heydər Əliyevin Respublika hakimiyyətinə gəlişi Qarabağ uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaratdı.Milli ordu quruculuğunun formalaşması inkişafı sahəsində yeni mərhələ başlandı.İrəlidə qeyd etdiyimiz kimi Ulu Öndər Heydər Əliyev hələ 1970-1980-cı illərdə Respublikamız üçün xeyli sayda hərbçi kadrlar hazırlanmışdı.Bu mütəxəssislərin böyük bir hissəsi respublikadan kənarda xidmət edirdi.Qalanlarından isə pərakəndə yaranmış özünümüdafiə dəstələrinin tərkibində istifadə olunurdu. Kriminogen şərait yaradan ayrrı-ayrı silahlı dəstələr qısa bir vaxtda ləğv edildi, özünümüdafiə qüvvələri birləşdirilərək nizami orduya çevrildi.Milli hərbi kadrlar hazırlayan və onların peşə qabiliyyətini təkmilləşdirən Ali Hərbi məktəblərin fəaliyyəti günün tələbləri səviyyəsinə qaldırıldı. İndi Respublikamızda Cəmşid Naxçıvanski adına hərbi litsey Hərbi Akademiya, Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi,Bakı Ali Ümumqoşun Məktəbi, Azərbaycan Hərbi Təyyarəçilik Məktəbi , Hərbi Təlim və Tədris Məktəbi, ATU Hərbi Tibb fakultəsi,ADPU-nin nəzdində Çağırışaqədər Hərbi fakultə fəaliyyət göstərir.Güc nazirliklərinin tərkibində olan Azərbaycan Milli Təhlükəsizlik və Sərhəd qoşunları , həmçinin də Azərbaycan Polis Akademiyasını da buraya aid etmək düzgündür. İndi fəxrlə demək olar ki, Azərbaycan Ordusu Avropa standartları səviyyəsinə yüksəlmişdir.Ordumuz Türkiyə və digər NATO dövlətləri ilə hərbi əməkdaşlıq , o cümlədən bu hərbi –siyasi təşkilatla tərəfdaşlıq haqqında müqavilə üzrə birgə təlim və məqsədlər, milli ordu quruculuğu sahəsindəki mühüm xidmətləri nailiyyətlərimizin rəhmidir.

Ulu Öndər Heydər Əliyevin Ordu quruculuğu sahəsindəki uzaqgörən siyasəti 27 sentyabr 2020-ci ildən başlayan 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbəsinin təməli qoymuşdur. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı mühüm tarixi xidmətlərindən biri, xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi davamçısını yetişdirməsi olmuşdur.2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale  yüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ulu Öndər Heydər Əliyevin zəmanəti və xalqın istəyi ilə 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətinin inkişafına, xüsusilə ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermişdir.Bütün bunlarla yanaşı İlham Əliyev vəziyyəti düzgün qiymətləndirərək Beynəlxalq qurumlara müraciətində bildiridi ki, biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq.Təəssüf ki, belə olmadı.Son dövrdə Ermənistan tərəfi açıq təxribatlara əl atdı.Ermənistanın müdafiə naziri Amerikada Ermənistanın yeni müharibəyə hazırlaşmaları barədə bəyanatla çıxış etdi.Bu isə sağlam düşüncəyə və beynəlxalq hüquqa hörmətsizliyin nümayişi idi. Deyilənlərə rəğmən fürsətdən istifadə edən Ermənistan tərəfi təmas xəttində vaxtaşırı Azərbaycan sərhədlərini pozmağa cəhd göstərir, yalnız Azərbaycan ordusunun sarsıdıcı cavab zərbəsindən sonra susmağa məcbur edilirdi. Azərbaycana qarşı Ermənistanın növbəti təxribatlarından biri 2016-cı ilin 2-i aprelində oldu. Aprel döyüşlərində Azərbaycan ordusu düşmənin işğal altında olan strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlı kəndini, 2 min hektardan artıq ərazini əks-həmlə əməliyyatı nəticəsində mənfur düşməndən azad etdi. Aprel döyüşlərindəki məğlubiyyətindən lazımi nəticə çıxarmaq əvəzinə əksinə 2018-ci il mayın 20-27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycana qarşı Ermənistan hərbi birləşmələri növbəti münaqişə törətməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində strateji cəhətdən müstəsna əhəmiyyəti olan Günnük kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları, hətta Qaraləyəz mahalının Arpa kəndi erməni işğalından azad olundu. Bütövlükdə 11 min hektar ərazini Azərbaycan Ordusu öz nəzarəti altına aldı. Erməni tərəfi 2020-ci il iyul ayında özünün bütün hərbi imkanlarından istifadə etməklə Azərbaycanın Tovuz rayonuna qarşı hərbi təxribata başladı. Erməni tərəfinin məqsədi Tovuz rayonu ərazisindən keçən neft-boru kəmərini öz nəzarəti altına ala bilmək idi. Lakin Azərbaycan Ordusunun əks hərbi əməliyyatı qarşısında tab gətirə bilməyən mənfur düşmən altı gün davam edən döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldı. Mövcud vəziyyətdən düzgün nəticə çıxarmaq istəməyən Ermənistan rəhbərliyi Azərbaycana qarşı geniş miqyaslı təxribatlara başladı. 27 sentyabr 2020-ci il səhər saat 6-da Müdafiə naziri Ali Baş Komandana məlumat verərək bildirmişdir ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış mətəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və Azərbaycan müharibəyə qoşuldu.2020-ci il 27 sentyabr hadisələrilə əlaqədar olaraq Ali Baş komandan liham Əliyev sonralar bildirirdi ki, münaqişə dondurulmuş vəziyyətdə olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni realliqlar nəzər alınmaqla, bu planda vaxtaşırı aparılan dəyişikliklər Ali Baş komandan tərəfindən təsdiq olunurdu. Çünki Ermənistanın müharibə ilə əlaqəli planı vardı, Əslində sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar, Beləliklə, müharibə dövründə Azərbaycan Silahlı qüvvələrinin davranışının əsası, təbii ki, döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı. Lakin müharibə gedərkən də cüzi sizmalardan yaxa qurtarmaq üçün, döyüş əməliyyatları planında aparılan gündəlik dəyişilmələrə Ali Baş Komandan özü şəxsən əzarət etmiş və hərbçi mütəxəsisslərlə hər gün müşavirələr keçirilmişdir. Həmin müşavirələrdə ötən günə yekun vurulur, nöqsanlar aşkar edilir, növbəti gün üçün əməliyyat planları təsdiq olunurdu.Buna görə də Silahlı Qüvvələrimizin hərbi əməliyyatları düşmən üçün çox gözlənilməz olurdu. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Müharibənin ilk günündə düşmənin 30 ilə qurduğu müdafiə xətti yarıldı və bundan sonra hərbi üstünlük Azərbaycan Ordusununun tərəfində oldu və bütün 44 gün ərzində ordumuz bütün cəbhə bölgələrində irəli getdi. Düşmənin müdafiə xəttinə tank əleyhinə maneələr, tikanlı məftillər və minalanmış sahələr daxil idi. Müharibənin ilk günlərində Ali Baş Komandan bildirirdi ki biz düşmənin müdafiə xəttini yara bilməsəydik işimiz çətin olardı. Bu həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.Ali Baş Komandan Hadrut əməliyyatından danışarkən bildirmişdi ki erməni tərəfi Azərbaycan Ordusunun bu yolla gedəcəyini guman etmirdi və bu onlar üçün gözlənilməz oldu.Ordumuz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi Hadrutun onların nəzarətində olduğunu bildirirdi. Hərçənd Hadrutun ətrafında olan hündürlüklər Azərbaycan Ordusununun nəzarəti altında idi. Hadrutun alınıb alınmamasını etiraf etmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Yalnız Azərbaycanın hərbi qulluqçusu bayrağı Hadrutun inzibatı binasının üzərinə sancandan sonra Ermənistan tərəfinin daha yalanlar uyğurması üçün əsası qalmadı.

Hadrutdan qabaq -oktyabrın 4-də Cəbrayıl şəhəri azad edilmişdi. Cəbrayılın azad edilməsi rəmzi baxımdan daha vacib idi. Çünki Cəbrayıl azad edilən ilk şəhər idi. Bundan əvvəl bir neçə kənd və qəsəbə azad edilmişdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə onlar əslində oradan qaçırıdlar, çünki müqavimət göstərməyə gücləri çatmırdı. Sonrakı hərbi əməliyyatlar nəticəsində Qubadlı azad edildi. Azərbaycanın Silahlı qüvvələri Laçın rayonunun cənubuna çıxdı. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə Ordumuzun nəzarət etməsini təmin etdi,

Ali Baş Komandanın dediyi kimi qələbəmizin zirvəsi Şuşa əməliyyatının uğurla aparılması olmuşdur, Sıldırım qayalardan, yolsuzluq şəraitində, üstündəki yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək bu sadəcə inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər olunması idi. Düşmənin tərəfində tankların, BTR-lərin, digər döyüş maşınlarının olmasına baxmayaraq Azərbaycan zabit və əsgərləri noyabrın 8-də düşmənlə hərb tarixində misli-bərabəri görünməmiş əlbəyaxa döyüşə girmişdilər. Düşmən tərəfi Azərbaycan döyüşçülərinin rəşadəti qarşısında tab gətirə bilməyib, xeyli itki verdikdən sonra, salamat qalanları canlarını qurtarmaq üçün hərb meydanından qaçmışdılar. Ali Baş Komandanın dediyi kimi Azərbaycan Ordusunun Şuşanı azad etməsi dümənin belini qırdı, bununla da düşmən praktik olaraq təslim olmuşdur. Noyabrın 9-da Azərbaycan Ordusu 70-dən artıq kəndi, yaşayış məntəqəsini azad etdi. Düşmən tərəfi noyabrın 9 dan 10 keçən gecə kaputulyasiya aktını imzalamalı oldu. Dünya şahidi oldu ki, kağız üzərində qalan 1993-cü ildən Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dord qətnaməsi, sonrakı illərdə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Azərbaycan Ordusunun güçü, Ali Baş Komandanın düşünülmüş siyasəti, xalqının əzmkarlığı, birliyi sayəsində Azərbaycan özü yerinə yetirdi. Bu bəlkədə BMT-nin tarixində ilk hadisə idi. Ikinci Qarabağ müharibəsi çox böyük geosiyası hadisələrə səbəb olmuşdur Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütovlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Ali Baş Komandan, Ölkə Prezidenti -llham Əliyev regionun ən qüdrətli dövlət başçısina çevrilmişdir.Şuşada 2021-ci il ildə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Milli Məclisdə Azərbaycan-Pakistan – Türkiyə parlamentləri arasında birgə hərbi təlimlərlə əlaqəli olan daha ciddi bir sənəd Bakı Bəyannaməsi öz təsdiqini tapdı. Bunlar hamısı 2020-ci il 10 noyabr qələbəsinin sayəsində qazanılmışdır. Bütün bunlarla yanaşı müasir müharibə eyni zamanda hibrid müharibəsi hesab olunur. Onun müharibə və informasiya tərkib hissələri var və onun informasiya tərkib hissəsi müharibə tərkib hissəsindən az əhəmiyyət kəsb etmir. Ikinci Qarabağ müharibəsinin gedişində Ali Baş Komandan llham Əliyev dünyanın müxtəlif ölkələrinin 30-dan artıq KIV-nə müsahibə verdi və özünün polad məntiqi sayəsində dünyanın diplomatiya tarixinə yeni nümunələr, çalarlar gətirdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlama səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdirdi, Məhz bu münasibətlər Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi. Bu müsahibələr informasiya müharibəsinin sərkərdəsi kimi Prezident llham Əliyevin Böyük Lider rolunu bütün dünyaya nümayiş etdirdi. Artıq dünya hibrid müharibəsinin mahiyyətini ikinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Azərbaycandan öyrənməyə üstünlük verir. Çünki, ikinci Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş texnikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə daxil edilmişdir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsini zəruri hesab edirlər. Hazırda 30 ildən sonra erməni işğalından azad olunmuş bütün ərazilərdə vüsətli abadlıq quruculuq işləri aparılır. Burada 1000 km-lik yeni yolların inşası, Suqövuşan su hövzəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunması ( burada iki elektrik stansiyasının işə salınması), Zəfər yolunun, Füzuli və Zəngilan Beynəlxalq Aeroportunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər və s.deyilənlərə ən yaxşı nümunədir.

Xüsusi ilə 30 illik işğaldan azad olunmuş ərazilərə özlərinin ata-baba yurduna insanların qayıdışı yeni vüsət almışdır. Azad olunmuş bütün regionlarda abadlıq və yenidənqurma işlərinin aparılması, qaçqın və köçkünlərin öz doğma yurdlarında məskunlaşmasının təşkili bilavasitə Müzəffər Ali Baş  Komandan  İlham  Əliyevin rəhbərliyi və qayğısı sayəsində icra olunur.