Səbail rayonunda Qurban bayramı münasibətilə aksiya keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən müqəddəs Qurban bayramı münasibətilə aksiya keçirilib.

Səbail rayonu ərazisində 70  xüsusi qayğıya ehtiyacı olan ailəyə, o cümlədən Vətən müharibəsi Şəhidlərinin və qazilərinin ailələrinə, “Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Səbail rayon filialında və “Veteran Tankçılar” İctimai Birliyində qeydiyyatda olan Birinci Qarabağ müharibəsinin Şəhid ailələri, müharibə əlilləri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırıldı.

Aksiya çərçivəsində Şəhid ailə üzvləri, qazilər, müharibə əlilləri və veteranları, aztəminatlı ailələr, əlil vətəndaşlar, tənha ahıllar, xəstələr və kimsəsizlər evlərində ziyarət olundu, sakinlərə qurban sovqatları çatdırıldı və gündəlik məişət qayğıları ilə maraqlanıldı.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkür etdilər.