Səbail rayonunda YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan yeni üzvlərlə görüş keçirilib.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, aparatın əməkdaşı Aysel Nəsibova və üzvlər iştirak edib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin quruculuğunda Partiyanın xidmətlərindən bəhs edib. Muxtar Nağıyev regionun ən güclü siyasi təşkilatı olan, cəmiyyətin böyük inam və etimad göstərdiyi YAP-ın bu gün 700 mindən çox insanı öz sıralarında birləşdirdiyini, YAP-ın fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığını vurğulayıb, bu səbəbdən bu Partiyanın sıralarına qoşulanların sayının getdikcə artdığını qeyd edib.
Daha sonra YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqələri təqdim olunub.