“Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “Məktəbli 16” ünvanında partiya fəalları ilə görüşüb”

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, “Məktəbli 16” ərazi partiya təşkilatının sədri Solmaz İsmayılova, Yeni Azərbaycan Partiyasının 91-lər hərəkatının üzvü Allahverdi Hacıyev və partiya üzvləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir.

“Məktəbli 16”  ərazi partiya təşkilatının sədri Solmaz İsmayılova və Yeni Azərbaycan Partiyasının 91-lər hərəkatının üzvü Allahverdi Hacıyev çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra qarşıda duran məsələlər müzakirə edilib, sual və təkliflər dinlənilib.