132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Milli Məclis binasını ziyarət etdilər

İyunun 9-da 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Milli Məclis binasını ziyarət etdilər.

Ziyarət zamanı məktəblilər Milli Məclisin deputatları Eldar İbrahimov, Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Səməd Seyidov ilə görüşdülər və Parlament binasında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış oldular.

Heydər Əliyev Xatirə zalı ilə tanışlıq zamanı şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti, keçirdiyi görüşləri, xarici ölkələrə səfərləri barədə geniş məlumat verildi.

Milli Məclisin İclas zalı ilə tanış olduqdan sonra, məktəblilər çay süfrəsi arxasında Milli Məclisin deputatları ilə səmimi söhbət edərək fikir mübadiləsi apardılar.