15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir

İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə universitetin Böyük Akt zalında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirildi.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Mirkazım Seyidov, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak etdilər.