“2 Fevral – Gənclər Günü” münasibətilə tədbir

Fevralın 1-də Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov iştirak etdilər.