20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir

18 yanvar 2017-ci il tarixində YAP Səbail rayon təşkilatında 20 Yanvar şəhidlərinin əziz xatirəsi anıldı. 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə Səbail rayonunda yaşayan 20 Yanvar şəhidləri ailələrinin nümayəndələri, faciədə xəsarət almış əlillər, rayonun idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, partiyanın fəal gəncləri iştirak etdilər.