6 saylı məktəb-liseyin şagirdlərinin Milli Məclisə ekskursiyası

YAP Səbail rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə iyunun 14-də 6 saylı məktəb-liseyin şagirdlərinin Milli Məclisə ekskursiyası təşkil olundu.

Ekskursiya zamanı məktəblilər Milli Məclisin İclas zalı, Heydər Əliyev Xatirə zalı və komitə iclaslarının keçirildiyi toplantı zalları ilə tanış oldular. Parlamentin binasında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olan şagirdlərə bu ali qanunvericilik orqanının fəaliyyəti, Milli Məclisin komitə və komissiyalarında gedən işlər haqqında ətraflı məlumat verildi.