“Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktiki konfrans
07 dekabr 2015-ci il tarixində Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Milli Məclisin komitə sədrləri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, dini icma sədrləri, DQİDK-nin sədr müavinləri, YAP Səabil rayon təşkilatının fəalları və ziyalılar iştirak ediblər.
Konfransda çıxış edənlər ölkədə dini ekstremizmə qarşı mübarizədən, bütün dini icmalara yaradılan yüksək şəraitdən, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.