“Donorluq mədəniyyətinin inkişafında gənclərin rolu” adlı maarifləndirici tədbir

02 may 2017-ci il tarixində YAP Səbail rayon təşkilatı, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Donorluq mədəniyyətinin inkişafında gənclərin rolu” adlı maarifləndirici tədbir keçirildi.

Qərb Universitetində keçirilən və “8 may – Beynəlxalq Talassemiya Günü”nə həsr olunan tədbirdə YAP Səbail rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev,  partiya təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Gülgün Abbasova, Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti, YAP Səbail “Xalçaçılar” ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsul, Mərkəzi Qan Bankının həkim-terapevti Günel Əliyeva iştirak etdilər.

Tədbirdə gənclərin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

Sonda Səbail rayonunun bütün sakinlərini mayın 5-də YAP Səbail rayon təşkilatının qərargahında keçiriləcək və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edən rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Yeni Azərbaycan Partiyası üzvlərinin, xüsusilə bu partiya sıralarında cəmləşən gənclərin hər zaman bu səpkidəki xeyirxah aksiyalarda fəal iştirak etdiyi qeyd etdi. M.Nağıyev əminliyini ifadə etdi ki, Səbail gəncləri bundan sonra da bu kimi xeyirxah təşəbbüslərlə çıxış edəcəklər.