Millət vəkilləri Şəmsəddin Hacıyev və Siyavuş Novruzov müharibə veteranları ilə görüşü
18 mart 2016-cı il tarixində Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və millət vəkili, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov müharibə veteranlarının İctimai Birlik rəhbərləri ilə görüşüblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon qərargahında keçirilən görüş ictimai birlik rəhbərlərinin, tədbir iştirakçılarının sual və təkliflərinin dinlənilməsi və millət vəkilləri ilə fikir mübadiləsi şəraitində keçib.