Səbail rayonunda “Azərbaycanda multikulturalizm modeli və müasir dünya” mövzusunda konfrans keçirildi

Noyabrın 24-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin təşəbbüsü, Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm modeli və müasir dünya” mövzusunda konfrans keçirildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində keçirilən konfransda Milli Məclisin deputatları Şəmsəddin HacıyevHadı Rəcəbli, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri nümayəndələri, eləcə də müharibə veteranlarının, Çernobıl əlillərinin, Əfqanıstan döyüşçülərinin ictimai birlik rəhbərləri və bu təşkilatların fəalları iştirak etdilər.