Səbail rayonunda “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa”
Dekabrın 22-də Səbailli gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirildi. Rayonun bütün sahələrində çalışan gənclərin təmsilçilərinin iştirakı ilə keçirilən “dəyirmi masa”nın işində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov iştirak etdilər.