Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu

Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilməyə davam edir.

Bu münasibətlə növbəti tədbir mayın 4-də Milli Azərbaycan Tarixi Muzeyində keçirildi. Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, “Səs” qazetinin baş redaktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri, veteranlar, gənclər, eləcə də rayon ictimaiyyəti nümayəndələri, çoxsaylı qonaqlar iştirak etdilər.

Çıxışlar dinlənildikdən sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Bül-bül adına orta ixtisas müsiqi məktəbinin şagirdləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Milli Azərbaycan Tarixi Muzeyinin “H.Z. Tağıyev klubu”nun üzvlərinin ifasında müxtəlif musiqi nömrələri səsləndirildi.