Səbaillilərdən Azərbaycan ordusuna dəstək
05 aprel 2016-cı il tarixində Səbail Rayon İcra Hakimiyyətində Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin üzvləri, hüquq-mühafizə orqanları nümayəndələri, din xadimləri, ziyalılar, mədəniyyət və elm xadimləri, müharibə veteranları, rayon fəalları, gənclər və ictimaiyyətin digər təmsilçiləri iştirak ediblər. Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikaının Prezidentinə müraciət qəbul olunub.