Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Bədii qiraət müsabiqəsi”
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində 29 aprel 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bədii qiraət müsabiqəsi” təşkil olundu.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev, tanınmış yazıçı-publisist, əməkdar jurnalist, millət vəkili Aqil Abbas, rayon təşkilatının İdarə Heyətinin üzvləri, Səbail ictimaiyyəti nümayəndələri, məktəb müəllimləri və şagirdlər iştirak etdilər.
Səbail rayonunda yerləşən ümumilikdə 11 məktəbi (7, 49, 50, 51, 132-134, 160, 162, 189-190, 236, 239 və 329 nömrəli orta məktəbləri) təmsil edən məktəblilər müsabiqə zamanı Ulu Öndərə, Azərbaycana ithaf olunan vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Çıxışlar auditoriyanın böyük marağı və alqışları ilə qarşılandı. Daha sonra münsiflər heyətinin qiymətləndirmələri əsasında müsabiqə qalibləri seçildi. Şəffaf qiymətləndirilmə əsasında müəllifi olduğu “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” şeirini səsləndirən Kazımova Əzizəxanım (189-190 nömrəli orta məktəbin 7-ci sinif şagirdi) 1-ci yerə, “Oğuz elləri” adlı şeiri səsləndirən Hüseynli Mirxalis (49 nömrəli orta məktəbin 8-ci sinif şagirdi) 2-ci yerə və Cəffər Cabbarlının “Ana” şeirini səsləndirən Nəsibova Lətifə (132-134 nömrəli orta məktəbin 8-ci sinif şagirdi) 3-cü yerə layiq görüldü. Qaliblərə xatirə hədiyyələri tədqim olundu.