Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Səbail rayon veteranları tərəfindən qeyd olundu

03 may tarixində Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsində keçirilmiş tədbirdə Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadı Rəcəbli, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Milli Qəhrəmanları tanıtma İctimai Birliyinin, Respublika Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, rayondakı bir sıra ictimai təşkilatların nümayəndələri və digər qonaqlar iştirak etdilər.