2015-ci il MM seçki kampaniyası_Badamdar sakinləri ilə görüş
29 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbail rayonu Badamdar qəsəbəsinin sakinləri ilə görüşüb.
Ş.Hacıyev: “YAP-ın namizədlərinin zəfər əldə edəcəyinə inanırıq, çünki bizi xalq dəstəkləyir və bütün seçkilərdə seçicilərin yüksək etimadını qazanaraq, qələbələr qazanmışıq. Bu nailiyyətlərin əldə olunmasının əsas səbəbi Azərbaycan vətəndaşlarının, seçicilərin, bütün Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə böyük inamıdır. Hər bir Azərbaycan seçicisi Prezident İlham Əliyevə inanır, etimad edir, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Təbii ki, bu amillər seçicilərin rəyinin və qənaətinin formalaşmasına bilavasitə təsir edir. İnanırıq ki, xalq dövlətin daha da güclənməsi, qüdrətli olması üçün hakim partiyanın namizədlərinə dəstək verəcək və növbəti 5 il Azərbaycanın ictimai-siyasi həyatında əsaslı keyfiyyət dəyişikliklərilə yadda qalan il olacaq. Məhz bu davamlı xarakter alacaq uğurlara görə 1 noyabrda keçiriləcək parlament seçkilərində sizləri YAP-ın namizədlərinə səs verməyə çağırıram.”